top of page
Search

Saç əkimi əməliyyatı. Öncəsi və sonrası

Updated: Feb 25, 2024

Bu yazımda sizlərlə saç əkimi əməliyyatından öncə və sonra bilinməsi və riayət edilməsi vacib məqamları sizinlə bölüşəcəm. Belə ki, saç əkimi üzrə əməliyyat tarixiniz artıq müəyyən olunubsa, növbəti prosedurlara riayət olduqca vacibdir.

  • Saç əkimi əməliyyatından əvvəl 10 gün boyunca spirtli içkilərin istehlakını dayandırmalısınız;

  • Əməliyyatdan əvvəl 3 gün müddətində siqaret çəkməməyiniz tövsiyə olunur;

  • Əməliyyatdan əvvəl 1 ay boyunca qan durulducu dərmanların istifadəsini dayandırmalısınız;

  • Saç əkimi əməliyyatına yollanarkən saçların kəsilməsinə ehtiyac yoxdur, çünki bu zaman saç əkiminin aparılacağı nahiyədə sərhədlərin itməsi baş verə bilər ki, bu da əməliyyat prosedurunu çətinləşdirəcəkdir. Ən doğrusu budur ki, saç kəsilməsini həkim və asistentlər heyətinə həvalə edəsiniz;

  • Əməliyyat günü üçün geyim forması köynək tipli, öndən açılan geyimlər tövsiyə olunur ki, onları geyinib, soyunduğunuz zaman saç kökləriniz, tükləriniz zərər görməsin.


Saç əkimi əməliyyatından sonra isə növbəti prosedurlara riayət etməyiniz tövsiyə olunur:

  • 7-10 gün ərzində kürəyi üstə yatmalısınız;

  • Yaxşı olardı ki, yatdığımız zaman boyunu sabit tutan yastıqlarından istifadə edilsin ki, bizdən asılı olmadan dönmənin qarşısı alınsın və nəticə etibarilə saç əkim zonası zədələnməsin;

  • Ayaq üstə və ya oturarkən başın daim dik və düzgün saxlanılması labüddür;

  • 10 gün müddətində spirtli, energetik və qazlı içkilərin içilməsi, siqaret çəkilməsi tövsiyə olunmur;

  • Saç əkimi əməliyyatı sonrası həkiminizin təyin etdiyi və infeksiya əleyhinə olan dərmanlar 5 gün ərzində istifadə edilməlidir;

  • Əməliyat sonrası günlərdə əgər donor bölgəsində sızıltı xarakterli ağrılar yaranarsa, ağrı kəsicilər istifadə edilə bilər. Lakin diqqət edilməlidir ki, bu ağrıkəsicilər yeməkdən sonra istifadə edilsin;

  • Əməliyyatdan sonra 2 ay müddətində pasiyentlərə intensiv tərləməyə səbəb olacaq bütün növ fəaliyyətlər qadağandır ki, bura idman növləri, saunadan istifadə, günəş altında qalma və s. daxildir;

  • Saç əkimi zonasındakı tüklərin 6 ay müddətində maşınla kəsilməsi yolverilməzdir. Ehtiyac olarsa, tüklərin uc hissələri qayçı ilə kəsilə bilər;

  • Həkiminizin tövsiyəsi ilə 1 il müddətində xüsusi dermatoloji şampunlardan istifadə edilməlidir;

  • Nəhayət, saç əkimi əməliyyatından sonra 2 ay boyunca yuyunma zamana yalnız və yalnız ilıq sudan istifadə edilməlidir.

Əgər saç əkimi əməliyyatının nəticəsinin uğurlu olmasını istəyirsinzsə, qeyd etdiyimiz tövsiyələrə riayət etməyiniz mütləqdir.



Dr. Araz Əmirov Beynəlxalaq Dermatoloqlar Assosiasiyasının Üzvü

 
 

ƏLAQƏ

İsmayıl bəy Qutqaşınlı 85A, AZ1073, Bakı, Azərbaycan

Nikulinskaya 27, Moskva, Rusiya


Tel:  

+994 55 339 9011 | Bakı
+7 925 1 777 999 | Moskva

İŞ SAATLARI

Bazar E. - Şənbə: 9:00 – 18:00
Bazar: İstirahət günü

MÜAYİNƏ GÜNLƏRİ

2, 4, 6-cı günlər : 16:00 – 18:00

YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Abunə olduğunuz üçün təşəkkür edirik!

  • Kapillus Medikal FB
  • Instagram
  • Kapillus Medikal Youtube

© 2024 Kapillus Medikal

bottom of page