top of page
Search

Saç əkimi tarixi

Əziz oxuyucu, saçların bərpası texnikası və üsullarının öyrənilməsi, araşdırılması antik dövrlərdən həyata keçirilməkdədir. Qədim tarixlərdə müxtəlif dərmanlar və müalicə üsulları saç tökülməsi ilə mübarizədə istifadə olunmuşdur. Məsələn, qədim Misirdə saç tökülməsinin müalicə üsullarından biri, müxtəlif heyvan yağlarından ibarət olan qatqının saç dərisinə tətbiq olunması idi. Qədim Hindistanda saç tökülməsi müalicəsi üçün bitki mənşəli dərmanlardan və masaj texnikalarından istifadə edilmişdir.

Saç əkimi - ilk təcrübələr

Saç əkimində ilk təcrübələrdən biri 1822-ci ildə həyata keçirilmişdir. Alman professor Johann Diyefenbaxın saçı bədənin bir hissəsindən başqa bir hissəsinə nəql etməsi, saç əkimi tarixində qeydə alınan və həmin dövrün qəzet və jurnallarında dərc olunacaq dərəcədə maraq oyadan hadisəyə çevrilmişdi. Bu təcrübə həm də modern saç əkimi metodologiyalarının təməlini qoymuşdur.

Modern saç əkimi texnikaları

Yuxarıda qeyd etdiyimiz dəqiqliyi və uğurlu olma ehtimalı az olan üsullar əlbəttə ki, bu gün öz aktuallığını itirmişdir. Günümüzdə saç əkimi prosesində diqqət yetirilən əsas məqamlardan bəziləri saç əkimi metodunun düzgün seçilməsi, pasiyentin ehtiyac duyduğu təxmini saç follikulu (saç follikulu saç tellərinin böyüdüyü və yeniləndiyi yerdir), qreft sayıdır. Modern saç əkimi üsullarının necə yarandığına diqqət yetirsək, bu dövr əsasən 20-ci əsri əhatə edir. İlk olaraq Yaponiyada Dr. Şoji Okuda 1939-cu ildə kiçik dəri qreftlərindən istifadə edərək saç əkimi haqqında məqalə yayımlayaraq tarixə adını yazdırdı. Dr. Şoji Okudanın bu təcrübəsi saç follikullarını nəql edərək saçın töküldüyü bölgədə saçların formalaşmasının mümkülüyünü göstərmişdir.

Saç əkimində “donor üstünlüyü” texnikası

Amerika Birləşmiş Ştatlarından Dr. Norman Orentreyx 1950-ci ildə saç əkimində “donor üstünlüyü” texnikasını təqdim edərək tarixə keçmişdir. Dr. Orentreyxin metodologiyası saç follikullarından ibarət olan kiçik qreftləri, başın arxa hissəsindən (donor bölgəsi) saçların töküldüyü bölgəyə nəql etməsi idi. Adından da anlaşıldığı kimi bu texnikanın əsas fərqi saçın donor nahiyəsindən əldə olunmasının ardından alıcı, yəni yeni saç əkiləcək sahəyə nəql edilməsidir.

Saç əkimində “deşici qreft” texnikası

İrəliləyən dövrlərdə saç əkimi üsulları qlobal arenada sürətlə inkişaf etməyə başladı. Fransada Dr. J.L. Seznek 1960-cı ildə “deşici qreft” texnikasını formalaşdırdı. Belə ki, Seznek donor bölgəsindən saç follikullarını özündə birləşdirən kiçik dairəşəkilli qreftləri çıxardaraq alıcı nahiyəyə nəql etmişdir. Bu texnikanın əsas fərqi tək bir seansda daha çox sayda saç follikulunun nəql edilməsinin mümkünlüyü idi.

Günümüzdə saç əkimi

Hazırda iki əsas saç əkimi metodologiyasından geniş şəkildə istifadə edilməkdədir. Bunlar “Follikulyar bölgənin transplantasiyası (FUT)” və “Follikulyar bölgənin çıxarılması (FUE)” texnikalarıdır. Follikulyar bölgənin transplantasiyasında saç folikullarını özündə birləşdirən bir dəri hissəsi donor olaraq götürülür və saç əkimi üçün fərdi qreftlərə bölünür. Follikulyar bölgənin çıxarılması texnikasında isə fərdi follikulyar bölgə birbaşa olaraq donor bölgəsindən çıxarılır və daha sonra alıcı hissəyə nəql edilir.

Əziz oxuyucu, günümüzdə saç əkimi təhlükəsiz və effekiv cərrahiyə üsulu olmaqla yanaşı, minimal əks təsirlə həyata keçirilməkdədir. Saç əkimi nəticələri qalıcıdır və əkilən saçlar təbii olaraq böyüməyə davam edir, həmçinin, təbii saçlar kimi də qulluğa əlverişli olur.



Dr. Araz Əmirov Beynəlxalaq Dermatoloqlar Assosiasiyasının Üzvü

 
 

ƏLAQƏ

İsmayıl bəy Qutqaşınlı 85A, AZ1073, Bakı, Azərbaycan

Nikulinskaya 27, Moskva, Rusiya


Tel:  

+994 55 339 9011 | Bakı
+7 925 1 777 999 | Moskva

İŞ SAATLARI

Bazar E. - Şənbə: 9:00 – 18:00
Bazar: İstirahət günü

MÜAYİNƏ GÜNLƏRİ

2, 4, 6-cı günlər : 16:00 – 18:00

YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Abunə olduğunuz üçün təşəkkür edirik!

  • Kapillus Medikal FB
  • Instagram
  • Kapillus Medikal Youtube

© 2024 Kapillus Medikal

bottom of page